Ru
18:42 / 19 Aprel 2019

"Azərbaycan qarşıdakı 5 il üçün yeni iqtisadi strategiya hazırlayır" - Mehriban Əliyevanın köməkçisi

1785
 

Azərbaycan beynəlxalq ekspertlərin iştirakı ilə qarşıdakı 5 il üçün yeni iqtisadi strategiya hazırlayır.


"Report” xəbər verir ki, bunu Vaşinqtonda keçirilən dinləmələrdə Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov deyib.


E.Hüseynov bu strategiyanın hazırlanmasında əsas tərəfdaşın Dünya Bankı olacağına ümid etdiyini deyib. Onun fikrincə, Azərbaycanın strateji yol xəritələri, mövcud iqtisadi inkişaf planını McKinsey ilə Azərbaycan hökuməti birgə hazırlayıb.


"Azərbaycanlı rəsmilər yeni iqtisadi strategiyanın hazırlanmasını daha da açıq şəkildə aparmaq istəyirlər ki, bu da müxtəlif mənbələrdən gələn rəylərdən ibarətdir”, - deyə Birinci vitse-prezidentin köməkçisi bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər