Ru
20:54 / 22 Sentyabr 2019

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə ikinci olub

2433
Azərbaycan sablyaçısı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən “Satellite” turnirində gümüş medal qazanıb.

Qılıncoynatma Federasiyasından BakuPost-a verilən məlumata görə, qrup mərhələsində keçirdiyi 6 görüşü qalib başa vuran idmançı uğurlu çıxışını finaladək davam etdirib.

Lakin həlledici qarşılaşmada gürcüstanlı Lika Jijieşvili ilə üz-üzə gələn A. Başta 12:15 hesabı ilə uduzaraq, ikinci yerlə kifayətlənib.

Digər milli üzvü Valeriya Bolşakova isə turnirin 1/4 final mərhələsinə kimi irəliləməyi bacarıb. O, yarımfinala gedən yolda A. Baştanın üstələdiyi bolqarıstanlı Yoana İliyevaya 6:15 hesabı ilə məğlub olub.

Sevil Bünyatova və Səbinə Kərimova 1/8 finaladək irəliləyə biliblər. Onlar müvafiq olaraq, argentinalı Maurise Perez və türkiyəli Selin Unludağa uduzublar (hər ikisi 10:15). Aysel Əhədova isə 1/16 finalda turnirin qalibi Lika Jijieşviliyə (Gürcüstan) 9:15 hesabı ilə məğlub olub.

Kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrupda 4 qələbə qazanmaqla pley-offa yüksəlib. 1/16 finalda küveytli Bandar Alşamlanı 15:14 hesabı ilə məğlub edən idmaçı 1/8 finalda bolqarıstanlı İvan Mandova uduzub - 10:15.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər