Ru
15:43 / 05 Noyabr 2019

Azərbaycan Şahmat Olimpiadasının qalibi oldu

1706
16 yaşadək şahmatçılardan ibarət Azərbaycan yığması Türkiyədə keçirilən Olimpiadanın qalibi adını qazanıb.

BakuPost.az xəbər verir ki, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayevadan ibarət milli komanda son turda qələbə sayəsində rəqibləri üçün əlçatmaz olub.


IX turda Çinlə üz-üzə gələn şahmatçılarımız 7-ci görüşlərindən də qalib ayrılıblar. Digər 2 matçda da heç-heçə edən yığma 16 xalla Şahmat Olimpiadasının çempionu adına yiyələnib.

Yarışda gümüş medallara Özbəkistan sahib olub. Asiyalılar millimizdən 1 xal geri qalıblar. İlk "üçlüy"ü 14 xalla Belarus qapayıb.

Qeyd edək ki, 48 iştirakçının qatıldığı Olimpiadada Azərbaycan 2 yığma ilə təmsil olunub. Digər təmsilçimiz Azərbaycan-Naxçıvan turnirdə 9 oyundan 3-də qalib gəlib, 2-də heç-heçə edib və 4-də uduzub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər