Azərbaycan tankerini Türkiyə sərhəddində kimlər partlatdı? - TƏFƏRRÜAT-VİDEO

829

 


Azərbaycanın Türkiyə ilə sərhədində yerləşən Sədərək-Dilucu sərhəd keçid məntəqəsində ötən gün baş vermiş partlayışa dair yeni təfərrüatlar məlum olub.
 
Yerli mətbuat yazır ki, "Anadolu” agentliyi Azərbaycan dövlət nömrə nişanlı yanacaqdaşıyan tankerin İran tərəfdən açılan atəş nəticəsində partladığını bildirir. Məlumata görə tanker Dilucu gömrüyünün dayanacağında park halında olarkən İran tərəfdən terrorçular maşına atəş açıb. Nəticədə tanker alovlanıb və bütün müdaxilələrə baxmayaraq tamamilə yanaraq sıradan çıxıb.
 
Türkiyə Dilucu Sərhəd Qapısından bildirilib ki, hadisə cümə axşamı günorta saatlarında baş verib. Dilucu Sərhəd Qapısının adının çəkilməsini istəməyən məmuru BBC News Azərbaycancaya hadisəni "terror hücumu” kimi qiymətləndirib və deyib ki, ilk öncə tankerə atəş açılıb.
 
"Hadisə nəticəsində bir əməkdaşımız yaralıdır, ancaq vəziyyəti yaxşıdır”, o deyib.Əməkdaşın sözlərinə görə, atəş açanın tək, ya çox adam olduğu bəlli deyil, hadisə yerində polis araşdırma aparır.
 
Qeyd edək ki, Türkiyənin İğdır vilayəti ilə həmsərhəd İran bölgələrində PKK-nın qolu olan PJAK terrorçuları fəaliyyət göstərir.
 
Xatırladaq ki, Türkiyənin Naxçıvan muxtar respublikası ilə sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsində Azərbaycan dövlət nömrə nişanlı yanacaq tankeri yanıb. Dilucu gömrük müdirliyinin dayanacağında gözləyən tanker qəfildən alovlanıb. Bu zaman partlayış baş verib və qəlpə  bir gömrük əməkdaşını yaralayıb. Yaralı xəstəxanaya aparılıb. Alovların qıza zamanda böyüməsi səbəbindən dayanacaq boşaldılıb, hadisə yerində çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Yana maşın söndürülüb.


 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər