Ru
10:11 / 22 May 2019

Azərbaycan Tokio olimpiadasına ilk lisenziyanı qazandı

2346

 

Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. 


Bu uğura atlet Anna Skidan imza atıb. 


Çəkicatma növündə çıxış edən idmançımız Çinin Nanjinq şəhərində keçirilən "World Challange”də 72,92 m nəticə göstərərək, 5-ci olub. Bu, onun Tokio-2020-yə vəsiqəsini rəsmiləşdirib. Halbuki Olimpiadaya lisenziya əldə etmək üçün 72,50 m nəticə də kifayət idi. 


Qeyd edək ki, Tokio-2020 iyunun 24-dən avqustun 9-dək keçiriləcək. A. Skidan isə Rio-2016-dan sonra ikinci dəfə Oyunlarda mübarizə aparacaq. (Ona.az)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər