Ru
12:17 / 14 Oktyabr 2019

XİN rəhbərlərinin Tbilisi görüşü təxirə salındı - SƏBƏB

2582
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirilərinin oktyabrın 16-da Tbilisidə keçirilməsi planlaşdırılan səkkizinci üçtərəfli görüşü təxirə salınıb.

BakuPost az bu barədə “Report”-a istinadla məlumat verir.

Məlumata əsasən, müvafiq qərar Türkiyənin müraciəti əsasında qəbul edilib.

Görüşün keçiriləcəyi yeni tarix hələlik məlum deyil.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər