Ru
23:47 / 25 Fevral 2020

Azərbaycan Türkiyədən müasir silahlar alacaq

3343
Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək.

BakuPost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxışında deyib.

Prezident bildirib ki, bu gün Türkiyə lideri ilə görüş zamanı müdafiə sahəsində birgə gələcək işbirliyi haqqında fikir mübadiləsi aparılıb.


"Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər