Ru
10:30 / 12 İyul 2019

Azərbaycan UEFA reytinqindəki yerini qorudu

2845
{"az":"
 

Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları başa çatıb.




Avropa Liqasının bir gün keçirilən 43 matçından sonra siyahıda bəzi dəyişikliklər olub.




Bu yerdəyişmələr əsasən cədvəlin ikinci yarısında qeydə alınıb. Rumıniya Lixtenşteyni, Cəbəllütariq İslandiyanı, Gürcüstan Kosovonu arxada qoyub. Bundan başqa, Latviya 3, Bosniya və Herseqovina 2 pillə irəliləyibsə, Moldova ilə Lüksemburq 1, İrlandiya 2 addım geri düşüb.




Azərbaycan aktivinə növbəti qazancı əlavə edib. Moldovada "Speranta”nı 3:0 hesabı ilə yenən "Neftçi” ölkəmizin aktivinə 0,250 xal gətirib. Bununla da cari mövsümün qazancı 0,375-ə çatıb. Bakılılardan bir gün əvvəl "Qarabağ” əmsalımızı 0,125 xal artırmışdı.




Beləliklə, Azərbaycanın son 5 mövsüm üçün reytinqi 15,750-yə yüksəlib. Ölkəmiz UEFA-nın 55 üzvü arasında 26-cıdır.




Mövqeyi dəyişməz qalan Azərbaycan bir pillə öndə qərarlaşan Qazaxıstandan 1,000 xal geridirsə, Polşanı 0,875 xal qabaqlayır.




Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 85,640. (apa)

 






















































yer


ölkə


15/16


16/17


17/18


18/19


19/20


reytinq


komanda


1


İspaniya


23.928


20.142


19.714


19.571


2.285


85.640


7/ 7


2


İngiltərə


14.250


14.928


20.071


22.642


2.285


74.176


7/ 7


3


Almaniya


16.428


14.571


9.857


15.214


2.285


58.355


7/ 7


4


İtaliya


11.500


14.250

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər