Ru
16:13 / 24 May 2019

Azərbaycan və Belarus generalları görüşdü

2909
 Azərbaycan Müdafiə Nazirliyi ilə Belarus Müdafiə Nazirliyi arasında imzalanan 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi inspeksiya üzrə ekspertləri səviyyəsində işçi görüşü keçirilib.

Bu barədə Bakupost- a nazirlikdən məlumat verilib. 


Mayın 24-də Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Zakir Ağayev Bakıda səfərdə olan belaruslu həmkarı general-mayor İvan Boquslavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Tərəflər hərbi inspeksiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər