Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü - FOTOLAR

Pakistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

Bu barədə Pakistanın XİN başçısı “Twitter”də bildirib.

O bildirib ki, Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır.

“İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır. Azərbaycan və Pakistan regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir”, - deyə Pakistanın xarici işlər naziri qeyd edib.