Ru
21:46 / 07 Sentyabr 2021

Millimiz ənənəni yenə pozmadı - YENİLƏNİB

2989

Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. İtaliyalı FIFA referisi Marko Quidanın idarə etdiyi görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

21:46

Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib. 75-ci dəqiqədə Diequ Jota 3-cü topu meydan sahiblərinin qapısından keçirib - 3:0.

20:30

31-ci dəqiqədə qonaqların heyətində Andre Silva 2-ci topu meydan sahiblərinin qapısından keçirib - 0:2

19:13

2022-ci il dünya çempionatının seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.


Bakupost.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaq:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 19. Təmkin Xəlilzadə, 20. Filip Ozobiç

Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Aydın Bayramov, 5. Bəhlul Mustafazadə, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 11. Ramil Şeydayev, 15. Sertan Taşkın, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 18. Şəhriyar Əliyev, 21. İsmayıl İbrahimli 22. Rəhim Sadıxov,

Baş məşqçi: Canni De Byazi

Portuqaliya: 1. Ruy Patrisiu, 3. Pepe, 4. Ruben Diaş, 5. Rafael Gerreyro, 6. Joau Palinya, 8. Joau Moutinyu, 9. Andre Silva, 10. Bernardu Silva, 11. Brunu Fernandeş, 20. Joau Kanselu, 21. Dioqu Jota

Ehtiyat oyunçular: 12. Antoni Lopeş, 22. Diequ Koşta, 2. Nelson Semedu, 7. Fransişki Trinkan, 13. Danilu, 14. Dominquş Duarte, 15. Rafa Silva, 16. Otavio, 17. Qonsalu Gedeş, 18. Ruben Neveş, 19. Nunu Mendeş, 23. Joau Mario

Baş məşqçi: Fernandu Santuş

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da başlayacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər