Ru
15:23 / 21 Oktyabr 2020

Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

1377

Moskvada Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti xəbər verir.

Məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib”, - Rusiya XİN-in bəyanatında deyilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər