Ru
23:17 / 21 Fevral 2020

Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək - Prezident Administrasiyası

1292
Azərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcək.

Bunu Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Administrasiyadan bildiriblər ki, diaspora fəaliyyətinin gücləndirilməsi hazırda ən ümdə məsələlərdən biridir:

"Təəssüflər oısun ki, bu gün Azərbaycan və Türkiyə haqlı mövqeydən çıxış etmələrinə baxmayaraq, xüsusən də Qərbdə hər iki dövlət əleyhinə ciddi təbliğat aparılır. Diaspora sahəsində əməkdaşlığın gücləndirilməsi ölkələrimiz əleyhinə aparılan təbliğatın qarşısının alınmasında ciddi addım olacaq".

Administrasiyadan o da bildirilib ki, yaxın zamanlarda ortaq diasporanın təsis edilməsi gündəmə gətiriləcək.

Qeyd olunub ki, Türkiyə bütün sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər