Azərbaycan voleybolçuları lisenziya turniri ilə xalsız vidalaşıblar

  • 11 Yan 2020 00:24
  • 4308 Baxış
Azərbaycan voleybolçuları lisenziya turniri ilə xalsız vidalaşıblar
Qadın voleybolçular arasında Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat turnirində qrup mərhələsi başa çatıb.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, bir gün öncə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını itirən Azərbaycan yığması Apeldornda son matçını Polşaya qarşı keçirib.

Formal xarakter daşıyan matçda da komandamız məğlubiyyətə üzülüb. Təmsilçimiz rəqibdən nə xal, nə də set ala bilib. Beləliklə, Vasif Talıbovun baş məşqçi seçilməsindən sonra 7-ci matça çıxan millimiz yenə qələbəyə həsrət qalıb. Qalib gələ bilmədiyimiz qarşılaşmalardan 3-ü rəsmi görüşə təsadüf edibsə, digər 4-ü məhz bu yarışa hazırlıq dövründə baş tutan yoxlama görüşlərində qeydə alınıb.

Yığmamızın yer aldığı A qrupundan Polşa birinci, Niderland ikinci pillənin sahibi kimi yarımfinala yüksəlib. Azərbaycan voleybolçuları qrupu sonuncu yerdə xalsız bitiriblər.

B qrupunda isə Almaniya və Türkiyə Olimpiada şanslarını qoruyublar. Onlar müvafiq olaraq, mərhələ adlamağa kifayət edən ilk iki pillədə qərarlaşıblar.

Yarımfinalda Almaniya Niderlandla, Türkiyə Polşa ilə üz-üzə gələcək. Bu matçlar yanvarın 11-də olacaq. Ertəsi gün isə finalçılar Tokio-2020-də Avropanı təmsil edəcək son komandanı müəyyənləşdirəcəklər. Qalib lisenziyaya sahib olacaq.

Qeyd edək ki, Polina Rəhimova Polşa ilə matçın özü üçün yığmadakı son qarşılaşması olduğunu açıqlasa da, meydana çıxmayıb. nun (SEPAH) aparıcı komandirlərindən olan Əbdül Rza Şəhlainin öldürülməsi məqsədilə xüsusi bir əməliyyat keçirib. Lakin əməliyyatın uğursuz alınması nəticəsində planın baş tutmadığı bildirilir.

Məqalədə deyilir ki, eyni gündə iki əməliyyatın keçirilməsi nəzərdə tutulub – Süleymaninin və Şəhlainin öldürülməsi.

Qəzetin yazdığına görə, hətta ABŞ rəsmiləri hər iki əməliyyatın uğurunu eyni anda elan etmək niyyətində olub.