Ru
20:08 / 23 Aprel 2019

Azərbaycan XİN BMT-yə etirazını bildirib

1923
Azərbaycanın Xarici İşlər Nazirliyi
Ermənistanın öz illik hesabatı ilə yanaşı, ölkəmizin işğal edilmiş ərazilərində
yaradılmış separatçı rejimin də hesabatını BMT-nin İnsan Hüquqları Şurasına
təqdim etdiyi və bu sənədlərin BMT-nin rəsmi səhifəsində yayıldığı ilə bağlı
məlumatlara münasibət bildirib.

 

Nazirliyin mətbuat katibi Leyla
Abdullayeva BakuPost.az bildirib ki, burada BMT-nin İnsan Hüquqları Şurasına
təqdim edilmiş illik hesabatdan söhbət gedə bilməz: "Mətbuatda məlumatı
təqdim edərkən onun dəqiqliyinin yoxlanılması vacibdir. Ermənistan KİV-in bir
çox hallarda müəyyən mövzuları öz maraqlarına cavab verəcək şəkildə təqdim
etdiyinin dəfələrlə şahidi oluruq. Birinci hal deyil ki, Ermənistan tərəfi öz
məktublarına Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz
separatçı rejimin kağızlarını əlavə edirlər. Ermənistan tərəfinin BMT, eləcə də
ATƏT çərçivəsində üzvlük hüquqlarından sui-istifadə edərək qanunsuz rejimin
kağızlarını öz məktublarının əlavəsi kimi yaymaq təcrübəsinə cavab olaraq,
təşkilatlar yayılan bu sənədlərin hər hansı bir şəkildə təşkilatın mövqeyini
əks etdirmədiyini bildirirlər. Sənədə diqqətlə baxsanız, burada sənədin
əlavəsinin yayılmasının BMT Katibliyinin onun mahiyyəti üzrə hər hansı mövqe
bildirməsi demək olmadığı aydın şəkildə yazılır"
 

 

"ATƏT-də də eynilə bu kimi
sənədlərin üzərində yayılan məlumatın ATƏT-in mövqeyini əks etdirmədiyi
birmənalı şəkildə qeyd olunur. Ümumiyyətlə, Azərbaycan ərazilərini işğal edərək
burada yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, o
cümlədən işğal zamanı Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər
törədən, yüz minlərlə etnik azərbaycanlının öz doğma evlərində yaşamaq
hüququndan məhrum edən Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd
yaymağa utanmalıdır. Bu kimi addımlarla Ermənistan, ilk növbədə, öz əhalisini
aldadır və işğal etdiyi ərazilərdə yaratdığı qondarma oyuncaq qurumun guya ki,
tanınması görüntüsünü yaratmaq istəyir", - o qeyd edib.
 

 

XİN rəsmisi BMT-də Ermənistan
nümayəndəliyi tərəfindən yayılan sənədə də toxunub: "Bu günədək
Ermənistanın bu kimi təxribatlarına cavab olaraq ölkəmizin mövqeyini əks
etdirən və yayılmış kağızların heç bir qüvvəyə malik olmadığını bildirən etiraz
məktubları BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri
kimi dərc olunaraq yayılıb. Konkret qeyd etdiyiniz hal ilə bağlı ölkəmizin
Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi
nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan
Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirilmiş və Ermənistanın
Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olumuş
kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz
olduğu barədə etiraz bildirilmişdir".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər