Azərbaycanda 2500-ə yaxın məscid var

377
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) təşkilatçılığı "Azərbaycan həqiqətlərinin təbliğində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib.

 Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təmsilçiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, eləcə də gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycanda bütün dini konfessiyaların fəaliyyətinə lazımi şərait yaradılıb, onlar dövlətin qayğısı ilə əhatə olunublar. Ölkədə 940 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan Gündüz İsmayılov Azərbaycanda 2500-ə yaxın məscid, 14 kilsə və 7 sinaqoqun  olduğunu deyib. Ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşdığını, milli və dini zəmində heç bir ayrıseçkilik faktının qeydə alınmadığını deyən sədr müavini Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qrupların respublikamızda özlərini nəinki yad hesab etmədiklərini, fərqli dini konfessiyaların nümayəndələri hər zaman xalqımızla ilə həmrəy olduğunu, Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə apardıqlarını diqqətə çatdırıb. (apa)

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər