Ru
21:55 / 11 May 2021

Azərbaycanda 3 TV yavaş-yavaş batır – Millət vəkili

3176
Televiziyalarda islahatlar aparılmalıdır. Kanalı dəyişməkdən qorxuruq. Qorxuruq ki, hansısa başqa bir bayağı və şit verilişə urcah olacağıq.

Bakupost.az xəbər verir ki, bu sözləri millət vəkili, təhsil eksperti Etibar Əliyev sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, ölkədə telekanallar səviyyəsizliyə görə bir-birilərinə bənzəyirlər. Dünyada isə səviyyə uğrunda rəqabət gedir:

“Televiziya rəhbərləri özlərini doğrultmurlar. Bəlkə kanalları birləşdirməklə nəyəsə nail olmaq mümkündür? Məsələn, “Lider”lə “Speys”in nə fərqi var? Birləşsələr, nə baş verər? AzTV-dəki neoavtoritar idarəçilik heç Sovet vaxtında olmayıb”.

Millət vəkili bildirib ki, televiziyaların ictimai rəyə təsiri sıfra bərabərdir. Süni davranışlar, savadsızlığın nümayişi, yekəxanalıq artıq normaya çevrilib:

“Maarifçilik, elm və təhsil, kino və sənətin digər növləri barədə dişə vurulası bir veriliş belə yoxdur. Bu ambisiyalı və inkarçı adamlardan bundan sonra da belə verilişləri gözləməyə dəyməz. Çünki təfəkkür anidən dəyişən kateqoriya deyil. Vaqif Mustafayev nümunəsini götürək. Televiziya hər gün bataqlığa qərq olurdu. Mustafayev getdi, lakin televiziyanı bataqlıqdan çıxarmağın yolları axtarılır. “Lider” də belədir. Baxıram ki, “Xəzər” də, Bəşir Səfəroğlu demişkən, yavaş-yavaş bataqlığa yaxınlaşır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər