Ru
09:10 / 09 May 2021

Azərbaycanda 6 nazirlik, 4 komitə ləğv edilir - TƏCİLİ XƏBƏR - VİDEO

38455

Azərbaycanda yaxın günlərdə idarəetmədə ciddi struktur islahatlarının aparılacağı gözlənilir.

Bakupost.az-a daxil olan məlumata görə, ölkədə 17 nazirlik (Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi) 11 nazirlikdə birləşdiriləcək.



Hazırda Nazirlər Kabinetinin tərkibində olan 7 komitədən (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) isə 3 komitə saxlanılacaq, digər komitələr də nazirliklərə birləşdiriləcək.

Artıq bununla bağlı nazirliklərə təlimatlar da verilib və birləşdirilmə prosesinə hazırlıq gedir.

Təfərrüatlarını barədə məlumat veriləcək.

Elnur
Bakupost.az



Şərhlər
  • Əlisa Kazımov

    Lerik şəhəri Qələbin kəndi sakinlər tərəfindən muraciyət bizim səsimizə səs verən yoxdu Gənab bizim səsimizə səs verin xahiş edirik sizdən .Telef 050 648 43 73.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər