Azərbaycanda 17 yaşlı oğlana işgəncə verilib.
BakuPost xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O, oğlanın sığınacağa yerləşdirildiyini qeyd edib: "Yeni sakinimiz. Durumu bərbad. Yaşadıqları insanlığa sığmır.
17 yaşında birinə necə işgəncə vermək olar ki, bədəndə salamat yeri qalmasın. Bütün bunları edən heç də yad biri deyil. Qanından,canından olan biridir.
Başındakı yanıq zədəsini isə qıcolma zamanı soba üstünə düşəndə alıb...
Amma nə danışırsa, gülümsünərək danışır. O "qəhrəmanlar" bizdə də var”.
BakuPost