Ru
15:57 / 22 May 2019

Azərbaycanda bələdiyyə sədri həbs edildi - 2 MİN MANATA GÖRƏ

3076
 

Neftçala rayonu Xolqarabucaq Bələdiyyəsinin sədri həbs edilib.


Bakupost.az xəbər verir ki, ittiham aktına görə, Azər Mənəfov bələdiyyəsinin sədri işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə etməklə kənd sakini Xubali Şahbazovun etibarından sui-istifadə edib, onun 2000 manat məbləğində pulunu ələ keçirib, vəzifə saxtakarlığı edib, habelə həmkəndlisi Səftər Cəfərov sağlamlığının qısa müddətə pozulmasına səbəb bədən xəsarətləri yetirib.



Belə ki, o, bələdiyyə üzvlərinin hər hansı yığıncağı, hərrac və ya müsabiqə keçirilmədən kənd sakini X. Şahbuzova bələdiyyənin fondundan 10,49 hektar torpaq sahəsinin icarəyə ayrılmasına dair saxta müqavilə tərtib edərək imzası və bələdiyyənin möhürü ilə təsdiq edib.


Azər Mənəfov bunun müqabilində zərərçəkəndən 2 min manat pul alıb.

 

Bundan başqa, bələdiyyə sədri arpa və buğda əkininə görə subsidiya almasına köməklik etmək niyyəti ilə bələdiyyə üzvlərinin hər hansı yığıncağı, hərrac və ya müsabiqə keçirilmədən, müvafiq qərar qəbul edilmədən kənd sakini Niyazi Ağayevə 10 hektar torpaq sahəsinin 5 il müddətinə icarəyə ayrılmasına dair müqavilə tərtib edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.


Təqsirləndirilən şəxs daha sonra isə Dördlər kəndində həmkəndlisi Səftər Cəfərov ilə şəxsi münasibətlər zəminində mübahisə edərkən yumruqla onun sifətini dağıdıb. 


Ona Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (dələduzluq), 313-cü (vəzifə saxtakarlığı) və 128-ci (sağlamlığa yüngül zərər vurma) maddələri ittiham verilib.


Neftçala rayon Məhkəməsinin hökmü ilə 4 il müddətə azadlıqdan məhrum edilib.


Qərarla razılaşmayan Azər Mənəfov apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsində keçirilən prosesdə onun cəzası 1 il 1 aya salınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər