Ru
11:09 / 25 Aprel 2020

Azərbaycanda dini ayinlər canlı yayımla icra ediləcək

6290

“Din xadimləri ay ərzində canlı yayımlar vasitəsilə insanlara müraciət edəcək. Bütün dini ayinləri canlı yayım vasitəsilə icra etmək mümkün olacaq. Təbii ki, canlı yayımla namazlar qılına bilməz, amma dualar birgə oxuna bilər”.

Bu sözləri “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli İctimai TV-yə müsahibəsində deyib. Hacı bildirib ki, Azərbaycan ərazisinsə ayın görünməsi bu gecə baş tutub:

“Bu, sırf coğrafi bir məsələdir. Bəzi ölkələrdə ay dünən gecə görünüb. Ayın 24-dən orucun tutulmasının da heç bir qəbahəti yoxdur. Niyyət Şaban ayının 30-cu günü üçün olarsa, bəyənilən bir əməldir.

Ramazan adı “Qurani Kərim”də çəkilmiş yeganə aydır. Bu ay sülh, barış ayıdır. İnsanın özünə qarşı mübarizə açdığı zamandır. Əgər insan öz eybləri ilə məşğul olarsa, digərlərində eyb axtarmaz. Oruc tutmaq sadəcə ac-susuz qalmaq deyil”.

QMİ nümayəndəsi onu da vurğulayıb ki, bu il Ramazan ayı pandemiya dövrünə təsadüf etdiyi üçün bir qədər məhdudiyyətlər var: “Karantin rejimi altında yaşayırıq. Bu səbəbdən digər illərdən fərqli olaraq insanlar məscidlərdə toplana bilməyəcək, iftar məclisləri ailələr daxilində keçirilməlidir, ibadətlər də kütləvi icra olunmayacaq. Ayın sonuna, bayram namazına kimi qaydalarda hər hansı dəyişiklik olacağı təqdirdə biz də insanları ona uyğun xəbərdar edəcəyik. Amma hazırda maksimum özünütəcrid siyasətini davam etdirməli, sosial məsafəni qorumalıyıq”.

Hacı Şahin Həsənli son olaraq bildirib ki, oruc tutmaq insan sağlamlığına faydalıdır: “İnsan normal şəkildə qidalanmalıdır. İftar vaxtı gələn kimi çox qida qəbul etməməlidir. Həkimlər iftardan sonra çoxlu maye, meyvə-tərəvəz qəbul etməyi tövsiyə edir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər