Ru
10:00 / 21 Yanvar 2021

Azərbaycanda dizelin istehsalı azalıb

1461
2020-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,101 mlrd manat təşkil edib.

“BakuPost”ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 3,6 % azdır.

Hesabat dövründə 1 mln 166,7 min ton həcmində avtomobil benzini, 2 mln 068,6 mln ton dizel yanacağı, 25,4 min ton sürtkü yağları, 375 min ton neft bitumu istehsal edilib.

Avtomobil benzini istehsalı 0,5 %, neft bitumunun istehsalı 44,2 % artıb, sürtkü yağlarının istehsalı 28,7 %, dizel yanacağı istehsalı 0,6 %, azalıb.

2020-ci ildə ölkədə 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 502,2 min ton ağ neft, 61,5 min ton yanacaq mazutu, 197 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 39,3 %, ağ neftin istehsalı 24,7 %, yanacaq mazutunun istehsalı 51,4 %, neft koksunun istehsalı 7,4 % azalıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər