Ru
13:41 / 30 Sentyabr 2021

Azərbaycanda evlilik yaşı artıb: son 30 ilin rekordu

3878
Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxil olma yaşı artıb. Bu yaş həddi son 30 ildə hətta ən yüksək səviyyəyə çatıb.

Bakupost.az -ın apardığı təhlillərə əsasən, bundan əvvəlki rekord 2019-cu ildə qeydə alınmışdı. Amma 2020-ci ildə qeydə alınan göstərici həmin rekordu da yeniləyib.

Belə ki, ötən il nikaha daxil olan qadınların orta yaşı 25,2, kişilərin yaşı isə 30 olub.

Ölkədə bundan əvvəl qadınlar arasında nikaha daxil olanların orta yaşının ən yüksək olduğu illər 1990, 2004, 2005, 2011-ci illər (23,7 yaş) və 2019-cu ildə (24,7) olub.

Kişilər arasında isə nikaha daxil olanların orta yaşının bundan əvvəl ən yüksək olduğu illər 2018, 2019-cu illər olub. 2018-ci ildə ölkədə kişilər arasında nikaha daxil olanların orta yaşı 29 olduğu halda, 2019-cu ildə bu yaş göstəricisi 29,4 olub.

Ayan Əlizadə
Baku Post



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər