Azərbaycanda "fintex" və startapların reyestri yaradılacaq

272
"Rəqəmsal Ödənişlərin Genişləndirilməsi üzrə Dövlət Proqramının həyata keçirilməsi onu deməyə əsas verir ki, qarşıya qoyulan hədəflər həm dövlət orqanları, həm də bazar iştirakçıları tərəfindən prioritet olaraq müəyyənləşdirilib”.

Bunu bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov "Maliyyə və Texnologiyalar Samiti”ndə (Fintex Summit”) bildirib.

İ. Alışov deyib ki, mövcud elektron ödəniş sistemlərinin effektivliyinin və təhlükəsizliyinin yüksəldilməsi, habelə rəqəmsal ödənişlərin tətbiqi üçün maarifləndirmə işlərinin həyata keçirilməsi müvafiq sənədlərdə əksini tapıb: "Ölkədə maliyyə və rəqəmsal texnologiyaların inkişafı və tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərən aidiyyəti qurumların arasında Anlaşma Memorandumu imzalanacaq. Bu Anlaşma Memorandumunun imzalanması aidiyyəti dövlət qurumları qarşısında qoyulan hədəflərə çatılması istiqamətində koordinasiya olunmuş idarəetmə proseslərinin daha operativ, daha da sürətləndirilməsinə öz dəstəyini verəcək. Bu proseslərin nəticəsi olaraq eyni zamanda "fintex” və startapların reyestrinin yaradılması, "fintex”in maliyyə əlçatanlığının artırmaq üçün maarifləndirici tədbirlərin təşkili, bank sektorunda kibertəhlükəsizliyin gücləndirilməsi və təmin edilməsi üçün kredit təşkilatları ilə birgə layihələrin təşkili istiqamətində müvafiq tədbirlərin icrasına öz dəstəyini vermiş olacaq”.(ONA)

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər