Ru
16:52 / 22 Yanvar 2021

Azərbaycanda idmançılar peyvənd olunacaq?

1433
Azərbaycan idmançılarının koronavirus əleyhinə peyvənd olunmalarına dair təlimat hələ verilmətib.

Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova "Report"un sorğusuna cavab olaraq bildirib.

"Bizə bu barədə heç nə deyilməyib. İdmançıların peyvənd olunmaları ilə bağlı məlumat yoxdur" deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya yığmalarının idmançıları martda koronavirus əleyhinə peyvənd olunmağa hazırlaşırlar. Qərar ötən ilin dekabrında qəbul edilib. Peyvəndləmə prosesi hər bir idmançı üçün könüllü olacaq. İmmunitetin aşağı düşməməsi üçün idmançılara yarış və ya çətin fiziki yüklənmə dövründə peyvənd vurulmayacaq.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər