Ru
12:14 / 25 Dekabr 2019

Azərbaycanda iki layihə ilə bağlı danışıqlar aparırıq - Vahid Ələkbərov

1649
Azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın məşhur “Kommersant” qəzetinə müsahibəsində yeni vergilər və xarici layihələr barədə danışıb.

İş adamı Azərbaycanda 2020-ci il üçün nəzərdən keçirdiyi layihələrdən bəhs edərkən bildirib ki, şirkət olaraq Azərbaycanda ilk layihələrini reallaşdırıblar.


“Bu ölkəni çox yaxşı tanıyırıq. Bu gün, ehtimal ki, əvvəllər çox ətraflı araşdırdığımız Xəzər hövzəsindəki karbohidrogen ehtiyatlarının geologiyasına və paleoformasiyasına qapılan yeganə bizik. Bu bizə ən səmərəli depozitlər üzərində cəmləşməyə imkan verdi.

Hazırda Azərbaycanda bizim danışıqlar prosesimiz gedir, hansı ki, biz bunu 2020-c ilin birinci kvartalında sürətlə yekunlaşdırmağa ümid edirik. Bizi iki layihə maraqlandırır, amma mən hələ onları açıqlaya bilmərəm, hələlik onlarla bağlı müqavilə imzalanmayıb”, - deyə V. Ələkbərov bildirib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər