Ru
14:50 / 28 Fevral 2020

Azərbaycanda koronavirus AŞKARLANDI

20335
Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

BakuPost-a daxil olan məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.


Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.

Şərhlər
  • Zümrüd

    indi Azərbaycan antivirusda kəşf edəcək. Narahat olmayin ay millət ölənə kimi yaşayacağıq bu xəstəlikdən əziyyət çəkənlər quru iqlimdə yaşayanlar olacaq, aran zonasinda bu qiripin peyvendi vurulub)))) havanin rütubətli olmasına görə millətin 95 faizi bronxit, bronxial asma, KRX, pnevmaniya və bu kimi xəstəliklərə yaşayir, yani qizilciqin peyvendi kimi, aran zonasinda korona virusun peyvendi bu xəstəliklərdi, artiq aranlılarin immun sistemi öyreşib bu xəstəliklərlə mübarizə aparmağa

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər