Ru
23:14 / 29 Noyabr 2020

Azərbaycanda karantin rejimi sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

1726
Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçılmaz edəcək.

"BakuPost" xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, bir çox ölkələr yoluxmanın artması ilə əlaqədar sərt təbirlərə gedir:

"Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddir. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir".

TƏBİB rəsmisi qeyd edib ki, koronavirusa təkrar yoluxma halları təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər