Ru
09:56 / 18 Noyabr 2019

Azərbaycanda kişi həkimlərin sayı azalıb

1207
Son 8 ildə Azərbaycanda qadın həkimlərin sayı artıb, kişi həkimlərin sayı isə azalıb.

BakuPost Trend-ə istinadən bildirir ki, ümumən son 8 ildə ölkədəki həkimlərin sayı azalıb. 2010-cu ildə ölkədə 33085, 2018-ci ildə 32 485 həkim olub. Hazırda əhalinin hər 10 000 nəfərinə orta hesabla 33 həkim düşür.


2010-cu ildə bütün həkimlərin 63,2 faizi qadın olduğu halda, 2018-ci ildə bu göstərici 66,4 faizə yüksəlib. Belə ki, 2010-cu ildə ölkədəki həkimlərin 20 922-si qadın, 12 163-i kişi olub.

2018-ci ildə isə ölkədəki 32 485 həkimin 21 567-i, başqa sözlə 66,4 faizi qadın , 10 918-i, yəni 33,6 faizi kişi olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər