Ru
22:32 / 03 May 2021

Azərbaycanda lider olan mobil telefon - STATİSTİKA

2737
2021-ci ilin aprel ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub.

Bakupost.az trend-ə istinadən xəbər verir ki, bu barədə “Global Stats” statistika mərkəzi məlumat yayıb.

Hesabat dövründə smartfon və mobil telefonlar bazarında "Samsung"un payı mart ayı ilə müqayisədə 0,04 faiz azalaraq 42,67 faiz təşkil edib.

İkinci yerdə qərarlaşan "Xiaomi"nin bazarda payı 0,67 faiz azalaraq 33,74 faiz olub.

"Apple" smartfonlarının payı isə martla müqayisədə 0,12 faiz azalıb və 14,78 faizə bərabər olub.

Azərbaycanın mobil qurğular bazarında "Huawei"in payı 4,89 faiz, LG-nin payı 0,43 faiz, "Lenovo"nun payı isə 0,44 faiz təşkil edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər