11:11 / 11 Oktyabr 2021

Azərbaycanda polis bıçaqlandı

953
Bir neçə gün əvvəl Daşkəsən rayonunun Çıraqlı kəndində 1996-cı il təvəllüdlü Ruhlan Asim oğlu Nəbiyevin bıçaqlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, kənd sakini 1969-cu il təvəllüdlü Faiq Abbas oğlu Hüseynəliyev tərəfindən bıçaqlanan gənc polis əməkdaşı olub.

Belə ki, polis serjantı olan Ruhlan Daşkəsən rayon Polis Şöbəsinin İTB-nin Çıraqlı kənd üzrə sahənin polis nəfəri vəzifəsində çalışır. Hadisə isə münaqişə zəminində baş verib.

Polis əməkdaşları tərəfindən saxlanılan 52 yaşlı Faiq Hüseynəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə açılıb.

Faktla bağlı araşdırma aparılır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər