Ru
09:57 / 18 İyun 2020

Azərbaycanda qeyri-adi ayin - İcra başçısı paylaşdı - VİDEO

4789
İsmayıllı rayonunda taxıl bişini zamanı maraqlı ayin keçirilib.

"BakuPost"un məlumatına görə, bu barədə rayonun icra başçısı Nahid Bağırov bildirib. İcra başçısı "Facebook" səhifəsində ayindən görüntülər də paylaşıb.

"İvanovkada ağsaqqallar dualar edir, cavanlar biçinə hazırlaşır

İsmayıllının İvanovka kəndində taxıl biçinindən öncə xüsusi dini ayinlər oxunur. Bu, Malakanlar tərəfindən əsrlərdir qorunub saxlanılan ənənədir. Kəndin ağsaqqalları məhsulun bol, bərəkətli olması, fəlakətlərdən qorunması üçün Tanrıya dua edir".

O, qeyde dib ki, Nikitin adına kolxozun ərazisində ümumən 3700 hektarlıq sahədə taxıl əkilib. Məhsul, təxmini, 30 sentner həcmində gözlənilir. Biçiləcək ot sahəsi 280 hektardır. İndiyə qədər silos üçün 1425 tonluq ot əldə olunub.

"Dünyanın tək sahibi olan Uca Allahdan məmləkətimiz, güclənən dövlətimiz və xalqımızı qorumağı diləyirik!
Bərəkətimiz bol, sağlığımız möhkəm olsun!".



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər