Ru
15:14 / 09 Oktyabr 2019

Azərbaycanda şirkət cərimələndi - 2286 dollar

2094
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Mərkəz Təchizat” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

BakuPost.az report-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, şirkətin 2286,84 ABŞ dolları məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Mərkəz Təchizat” MMC satınalmalar üzrə şirkətdir və bir çox tenderlərin qalibi olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər