Ru
23:17 / 12 Sentyabr 2020

Azərbaycanda şok hadisə: "Yüksəliş"ə gedənlər zəhərləndilər - YENİLƏNİB

18221
22:44

Bu gün səhər saatlarında keçirilən “Yüksəliş” müsabiqəsində bəzi iştirakçılar qidadan zəhərlənib.

“BakuPost” xəbər verir ki, müsabiqənin əyani mərhələsi yarımçıq dayandırılıb.

Müsabiqə iştirakçılarından bəzilərinin sosial şəbəkədə yazdıqlarına görə, Bakıdakı mərkəzlərin çoxunda qida zəhərlənməsi baş verib. Onlar “Catering şirkətini tapıb, məhkəməyə verməyinizi xahiş edirik. Bizi xəstəxanaya çatdırmasaydınız, halımız daha pis olacaqdı”, - deyə qeyd ediblər.

İştirakçıların bir qismi isə imtahan nəticələrinin saatlar keçməsinə baxmayaraq, hələ də açıqlanmamasına etiraz edir. Müsabiqə təşkilatçıları hələ də məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə həyata keçirilir.

***

23:17

“Yüksəliş” müsabiqəsinin imtahanı qida zəhərlənməsi səbəbindən dayandırılıb.

Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayacaq ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alınıb.

Zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub.

Zəhərlənmə halları qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb. İmtahan keçirilən məkanda Təcili Tibbi Yardım briqadası tərəfindən zərərçəkmişlərə dərhal ilkin tibbi yardım göstərilib və zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər 1 və 3 saylı Şəhər Klinik Xəstəxanalarına yerləşdirilib. Zəruri tibbi müayinələrdən keçməklə müvafiq tibbi yardım göstərildikdən sonra zərərçəkmiş şəxslər evlərinə göndərilib. Müsabiqənin İşçi qrupunun heyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və TƏBİB nümayəndələri zərərçəkmiş şəxslərə baş çəkib, vəziyyətləri ilə yaxından maraqlanıblar.

“Yüksəliş” müsabiqəsinin təşkilatçıları tərəfindən yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.

Hazırda Qida Təhlükəsizliyi Agentliyi və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin “İdarəetmə potensialı üzrə” imtahanının yeni tarixi yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, bu barədə ilk xəbəri "BakuPost" verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər