Ru
14:49 / 12 Sentyabr 2019

Azərbaycanda terrorçuluq məqsədilə təlim keçən MƏHKƏMƏ QARŞISINDA

2014

Azərbaycanda terrorçuluq məqsədilə təlim keçməkdə və digər ağır cinayətlərdə ittiham olunan Müsəllim Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.



Bakupost.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 24-ə təyin edilib.


Qeyd edək ki, Müsəllim Şükürov Cinayət Məcəlləsinin 214-3.1-ci (terrorçuluq məqsədi ilə təlim keçmə, bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, bu Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham olunub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər