Ru
13:20 / 16 Sentyabr 2019

Azərbaycanda üç telekanalın loqosu, birinin adı dəyişdi - FOTO

1485

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan üç telekanalın loqosu, o cümlədən birinin adı dəyişib.



BakuPost.az xəbər verir ki, dəyişikliyə əsasən, "İdman Azərbaycan" telekanalının adı "İdman TV" olub. Yeni loqoda AzTV-nin, "Mədəniyyət TV"nin və "İdman TV"nin adı ağ şriftlərlə qeyd olunub. TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub.


Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Rövşən Məmmədov yanvarın 15-dən QSC sədri vəzifəsini icra edirdi.


(report)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər