Ru
20:08 / 21 May 2019

Azərbaycanda universitetdə oğlanlara saqqal qadağası

3378
Sumqayıt
Dövlət Universitetində oğlanlara "saqqal qadağası” qoyulub.

 

BakuPost.az-ınModern.az-a istinadən məlumatına görə, təhsil ocağının adının açıqlanmamsını
istəyən tələbələri bildiriblər ki, saqqalı olan oğlanlar universitetdə dərslərə
buraxılmırlar. Hətta buna görə qaib alan tələbələrin artıq şikayətlənməyə
başladıqları da söylənilir.

  Universitetinin
mətbuat katibi Nazxanım Cəlilli bildirib ki, bu, daxili nizam-intizam
qaydasıdır. "Sumqayıt Dövlət Universitetində tələbələrə saqqal qadağası
qoyulması barədə sualınıza cavab olaraq bildirmək istəyirik ki, təhsil ocağımız
bu gün təkcə maddi-texniki bazası, yetişdirdiyi mütəxəssislərlə deyil, həm də
mükəmməl kadr potensialı ilə nüfuz sahibidir.

  Ali
təhsil müəssisələrinin vəzifəsi təkcə peşəkar kadrlar yetişdirmək deyil, həm də
sözün həqiqi mənasında dövlətinə, millətinə layiqli vətəndaşlar tərbiyə
etməkdir. Bu zaman universitetin qarşısına qoyduğu ən böyük vəzifə həm də
təlim-tərbiyə işini yerinə yetirməkdir. Bu vəzifələrin həyata keçirilməsində
respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin
də özünəməxsus yeri və dəsti-xətti var. Bu gün Sumqayıt Dövlət Universiteti
tələbələrə bilik, savad verməklə yanaşı, onlarda estetik zövqün formalaşmasına
da xüsusi diqqət yetirir. Çünki əsl tələbə yüksək insani əxlaqa, mədəniyyətə
malik olmalı, xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı olmaqla yanaşı,
onları gələcək nəsillərə ötürməyi də bacarmalıdır. Bir sözlə, tələbə çalışqan,
intizamlı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, gigiyenik qaydalara
əməl etməli, tələbə oğlanların üzü həmişə təraşlı və səliqəli olmalıdır. Ali
təhsil müəssisələri gələcəyin ictimai xadimini, müəllimini, həkimini,
mühəndisini və s. yetişdirir. Bu səbəbdən də tələbələr geyimi ilə tərbiyəvi
örnək təsiri göstərməyə çalışmalı, digər gənclərimizə nümunə olmalıdırlar.
Bütün bunlar onların vətənimizin keşiyində duracaq əsgər kimi formalaşmasında
da bir məktəbdir”.   Mətbuat
katibi deyib ki, bu cür məsələlərin mətbuatda işıqlandırılmasın əleyhinədirlər:   "Ali
məktəbimizin tələbələri bütün ezamiyyət xərcləri universitet tərəfindən
ödənilməklə xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda fəal iştirak
edirlər. Tələbələrimiz "Ən yaxşı məqalə müsabiqəsi”ndə, ali məktəblər arasında
keçirilən "Breyn rinq”, "Azərbaycanı tanıyaq”, "Nə, harada, nə zaman?” və
"Xəmsə” kimi bilik yarışlarında, "Şən və Hazırcavablar Klubu”nun
müsabiqələrində çıxış edir və layiqli yerlər tuturlar. Universitetimizdə
həmçinin idman sahəsinə də xüsusi diqqət göstərilir. Burada idman zalı, süni
örtüklü futbol, voleybol, badminton və basketbol meydançaları, stolüstü oyunlar
üçün köşklər yaradılıb. İdmançı tələbələrimizin respublika, Avropa, Asiya və
Dünya səviyyəli idman yarışlarında artıq ənənə halını almış uğurları insanda
qürur hissi doğurmaya bilməz. Biz sizi bu uğurlardan, qazanılmış
nailiyyətlərdən yazmağa dəvət edirik. Toxunduğunuz məsələ isə Sumqayıt Dövlət
Universitetində yeni bir hadisə deyil, bu ənənə uzun müddətdir davam edir,
universitetimizdə təhsil alan tələbə və onların valideynlərinin 90 faizindən
çoxu bu məsələdən olduqca məmnundurlar”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər