Ru
21:41 / 10 Sentyabr 2019

Azərbaycanda vərəm xəstələrinin sayı azalıb

5236
Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrinin sayı azalıb.

BakuPost-un
Trend-ə istinadən məlumatına görə, 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan vərəm xəstələrin sayı 8 684 (residiv halları istisna olmaqla) olub.

Bu say 2017-ci ildə 9 743, 2015-cı ildə -cı ildə 9 695, 2010-cu ildə 12 469, 2005-ci ildə 5 320 olub.

2018-ci ildə ölkədə 3 762 nəfərə ilk dәfә vərəm diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 3 666 olub.

2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinә düşən ilk dәfә vərəm diaqnozu qoyulmuş insanların sayı 43,7 nəfər olduğu halda, 2018-ci ildə bu say 38,3-ə enib.

Xəstələrin çoxuna ağciyər vərəmi diaqnozu qoyulub.

Ötən il 2 859 nəfərə ilk dəfə ağciyər vərəmi, 466 nəfərə vərəmli plevrit, 157 nəfərə sümük və oynaqların vərəmi diaqnozu təyin edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər