14:42 / 07 Oktyabr 2021

Azərbaycanda yaşı 60-dan yuxarı olan 500 kişi, 155 qadın evlənib - STATİSTİKA

2974
Azərbaycanda 60 yaşdan sonra evlənən kişilərin sayı qadınlardan 3 dəfə çoxdur.

Bakupost.az -ın apardığı təhlillərə əsasən, ötən il Azərbaycanda yaşı 60-dan yuxarı olan 155 qadın ailə həyatı qurub. Onlardan 54-ü heç vaxt rəsmi nikaha daxil olmayan qadınlardır. Nikaha daxil olanların 84-ü boşanmış, 17-si isə dul qadın olub.


Qadınlarla müqayisədə 60 yaşdan yuxarı kişilər daha çox evlənirlər. Bu yaşda nikaha daxil olan kişilərin sayı qadınların sayını hətta 3 dəfədən çox üstələyir. Ötən il yaşı 60-dan çox olan 500 kişi rəsmi nikah bağlayıb. Onların 112-si heç vaxt nikahda olmayıb, 219-u boşanmış, 169-u dul şəxslərdir.


Qeyd edək ki, ötən il 60 yaşdan sonra 222 boşanma halı baş verib.


Ayan Əlizadə
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər