Ru
11:57 / 01 May 2021

Azərbaycanda "YouTube"a tələbat artdı

1009
Bu ilin aprel ayında Azərbaycanda "YouTube" istifadəçilərinin fəallığı mart ayı ilə müqayisədə 5 faiz bəndi artıb.

Bakupost.az xəbər verir ki, "APA-Economics"in "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, mayın 1-nə "YouTube"un Azərbaycanın sosial media bazarında payı 29,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13,8 faiz bəndi çoxdur. Populyarlığına görə " YouTube" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Twitter" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı aprel ayı ərzində 7,9 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin may ayının 1-nə 25,7% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 15,2 faiz bəndi çoxdur.

Bu ilin aprel ayı ərzində ölkə üzrə "Instagram" şəbəkəsinin istifadəçilərinin fəallığı 2,5 faiz bəndi artıb. Mayın 1-nə olan məlumata görə, "Instagram" Azərbaycanın sosial media bazarında 20,3% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Facebook" – 14,6%, "Pinterest" – 8,7%, “Tumblr” – 0,54%, "VKontakte" –0,37%, "Reddit" – 0,24%, və s.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər