Ru
12:32 / 15 Aprel 2021

Azərbaycanda zibilliyə çevrilən içməli su kanalı - Xəstəlik mənbəyi - FOTOLAR - VİDEO

1462
Sabirabad rayonunda içməli su kanalı xəstəlik mənbəyidir.

Bakupost.az -ın xəbərinə görə, bu barədə oxu.az-a Sabirabad rayon sakini Cavid Əliyev məlumat verib.

O bildirib ki, rayonun Sabir içməli su kanalı məişət tullantıları ilə dolub-daşır:

“Buraya tullanan zibillərin haradan və kim tərəfindən gətirildiyini bilmirik. Amma məsələ artıq çox ciddi hal alıb. Ərazi xəstəlik mənbəyinə çevrilib. Bu su kanalından 15 kəndin sakinləri istifadə edir. Sizcə bu sudan içmək olarmı?!

Sabir içməli su kanalında içki qablarından, ölü heyvanlardan, məişət tullantılardan tutmuş, hər şey tapmaq olar. Bir neçə dəfə ərazi təmizlənib, amma bu problemi həll etməyib. Heç kim məsələyə nəzarət etmir ki, görək bu tullantıları bura kim atır. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Bizim şikayətimizə baxılmır. Çox xahiş edirəm vətəndaşların istifadə etdiyi içməli su kanalına nəzarət olunsun”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, əməkdaşlar tərəfindən dərhal əraziyə baxış keçirilib:

“Sözügedən ərazidə mütəmadi olaraq təmizləmə işləri aparılır. Lakin, buna baxmayaraq axın səbəbindən tullantılar bir tərəfə yığılaraq xoş olmayan mənzərə yaradır. Operativ şəkildə nazirlik əməkdaşlarının nəzarəti altında Sabirabad suvarma sistemləri idarəsinin işçiləri tərəfindən Sabir içməli su kanalında təmizlik işləri həyata keçirilib”.

Azərbaycanda zibilliyə çevrilən içməli su kanalı - Xəstəlik mənbəyi -  FOTOLAR - VİDEO
Azərbaycanda zibilliyə çevrilən içməli su kanalı - Xəstəlik mənbəyi -  FOTOLAR - VİDEO
Azərbaycanda zibilliyə çevrilən içməli su kanalı - Xəstəlik mənbəyi -  FOTOLAR - VİDEO
Azərbaycanda zibilliyə çevrilən içməli su kanalı - Xəstəlik mənbəyi -  FOTOLAR - VİDEO
Azərbaycanda zibilliyə çevrilən içməli su kanalı - Xəstəlik mənbəyi -  FOTOLAR - VİDEO
Azərbaycanda zibilliyə çevrilən içməli su kanalı - Xəstəlik mənbəyi -  FOTOLAR - VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər