Ru
14:21 / 27 Yanvar 2020

Azərbaycandan Elazığa köçən ailə dəhşətli zəlzələ anından danışdı - VİDEO

2238
TV 8 Türkiyənin Elazığ bölgəsində baş verən güclü zəlzələdə zərərçəkən ailələr barədə süjet hazırlayıb.

Acun Ilıcalının təqdim etdiyi “Tək Ürək” proqramında sakinlər hadisəni qorxu içində ağlayaraq danışıblar. Onlardan biri də Azərbaycandan Elazığa köçən Zeynalovlar ailəsidir.


Arzu Zeynalova zəlzələnin 18 aylıq oğlu Kumsala süd verən zaman baş verdiyini qeyd edib: “Üçüncü mərtəbədə yaşayırdıq. Qohumlarımız, həyat yoldaşım evdə idi. Özüm isə övladıma süd verirdim. Hər zaman zəlzələdən çox qorxmuşam. 15 gündür gecə rahat yata bilmirdim. Narahat idim. Yüngülvari ev silkələndi, ərimə zəlzələ olduğunu dedim, mənə gülərək söylədi ki, hər şeyi şişirdirsən. Bir gurultu gəldi, saat yerə düşdü, divar iki yerə bölündü. Dəhlizə doğru qaçdıq, elektrik kəsildi. Uşaq da qucağımdadır. İki-üç addım atdım, evin yarısı çökdü. Ərim bizi qucaqladı, aşağı əyildik. Qarşımızdakı divar da çökdü, başımı qaldırdım ki, hər yan dəmirdir, əlimdən yaralandım, amma təkcə məni övladım maraqlandırırdı.

Üç dəfə yerə düşdük. Çox qorxdum, tez övladıma baxdım. 2 dəfə gözünü açıb mənə baxdı, 3-cüdə belə olmadı, öskürmədi, səsi çıxmadı. Dedim ki, uşaq getdi. Əlimdən heç nə gəlmirdi. Əmzirmək istədim, gördüm ki, südüm gəlmir. Düşündüm ki, sağ çıxmayacağıq. 7 dəqiqə sonra səs gəldi, bizə köməklik göstərdilər. Mən şokda idim, zirzəmiyə düşmüşdük. Bu, necə ola bilərdi? Oğlum Kumsalın saçı çox uzun idi, bir neçə gün əvvəl onun saçlarını indi dünyasını dəyişən xanımlardan biri kəsmişdi. Çox təəssüf”.

O, eyni zamanda Azərbaycandan Türkiyəyə 5 lirə pulla gəldiyini, dağılan evini çətinliklə aldığını söyləyib :

“Ərim şokda idi, onun çiyinlərindən tutub silkələdim, dedim ki, mənə bax, göz təması qur, dağılan evimizə baxma, evimiz qucağımdadır. Ərim Azərbaycan vətəndaşıdır. Evimizin əşyalarını yeni almışdıq. Azərbaycandan bura 5 TL pulla gəldik, hər şeyi həyat yoldaşım qurdu”.


(qafqazinfo)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər