Ru
20:31 / 25 Aprel 2019

Azərbaycandan Uruqvaya ETİRAZ

1558
Kütləvi informasiya vasitələrində
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan
qanunsuz rejimin qondarma "xarici işlər naziri” Masis Mailyanın Uruqvaya
getdiyi və orada "görüşlər” keçirdiyi barədə məlumatlar verilib.

 

BakuPost.az-ın Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinə istinadən məlumata görə, bu xüsusda, bildirmək istərdik
ki, sözügedən şəxs Uruqvayda yaşayan erməni icmasının dəvəti ilə sözdə "erməni
soyqırımı” tədbirlərində iştirak etmək üçün bu ölkəyə səfər edib. Qanunsuz rejimin
qondarma "nümayəndəsi” Uruqvay hökumətinin heç bir nümayəndəsi tərəfindən qəbul
edilməyib. Uruqvay senatının sədri Lusia Topolanski ilə görüşə gəldikdə isə
bildirmək istərdik ki, L.Topolanski Parlamentdə keçirilən qondarma "soyqırımı”
tədbirində iştirak edib və tədbir zamanı Uruqvay erməni icmasının digər
nümayəndələri ilə görüşdə M.Mailyan da iştirak edib.

 

 
Eyni zamanda, məsələ  ilə əlaqədar Azərbaycan Respublikasının
Argentinadakı Səfirliyi Uruqvay Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin etirazını
özündə əks etdirən nota təqdim edib. Uruqvay XİN-i cavabında bu məsələdə
Uruqvay hökumətinin rəsmi mövqeyinin fundamental və dəyişilməz olduğunu
vurğulayıb. Azərbaycan Səfirinin ən qısa zamanda Uruqvay Xarici İşlər
Nazirliyində görüşünün keçirilməsi nəzərdə tutulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər