Ru
13:52 / 28 İyul 2021

Azərbaycanın beynəlxalq münasibətlərdə sözü imzası qədər qüvvətlidir

1907


Bu gün Azərbaycan üçün xarici siyasətdə prioritet Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ – Vətən Müharibəsində əldə olunan Qələbənin və onun nəticələrinin beynəlxalq aləmdə daha düzgün qavranılması və beynəlxalq təşkilatlarda problemin ədalətli həll olunması modelini nümayiş etdirməkdir.


Həyata keçirilən çoxvektorlu xarici siyasətimizin tarixinə nəzər yetirsək Azərbaycan multikultural və tolerantlıq dəyərlərinə sadiqliyini, eyni zamanda Cənubi Qafqazda sülhün və əmin-amanlığın carçısı olduğunu nümayiş etdirərək bütün dünya dövlətləri ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığını hərtərəfli intensivləşdirir, inkişaf etdirir.

Qoşulmama Hərəkatına Azərbaycanın daha növbəti bir il rəhbərlik etməsinə olunan etimad ölkəmizin düzgün idarəçilik modeli tətbiq edərək bu yeni platformada da özünü doğrultduğunun əyani sübutudur.

COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində çətin və mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın bütün dünya dövlətlərində əhalinin yaxşı həyata əlçatanlığının təmin olunması üçün ehtiyacı olan ölkələrə humanitar yardım göstərməsi bir daha ölkəmizin ümumbəşəri dəyərlərə humanist münasibətinin bariz nümunəsidir.
İstər Avropa ölkələri ilə, istərsə də İslam dünyası ilə münasibətlərdə hər zaman qarşılıqlı hörmət və davamlı inkişafa üstünlük verən Azərbaycanın xarici siyasəti bu gün dost və qardaş ölkələrlə əməkdaşlığın dərinləşməsini prioritet etmişdir.
Avropada, Balkanlarda yerləşən, müsəlmanların kompakt şəkildə yaşadığı Bosniya və Hersoqovinaya bu günlər Qurban bayramı ərəfəsində 40 min doza peyvəndin yardım olaraq göstərilməsi bir daha Azərbaycanın multikultural dəyərlərə, habelə beynəlxalq təşkilatların qəbul etdiyi yekun qərarlara,ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə sadiqliyingöstəricisidir.

2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi iləSarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleksin yaradılması inkişafda olan qardaş ölkələrin gələcək inkişafına verilən töhfədir.

Azərbaycan Respublikasının Prezidentinin bəyan etdiyi kimi – Azərbaycana, onun ədalətli mübarizəsinə dəstək göstərmiş ölkələrinişğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurulmasında, sülhün, əmin-amanlığın bərqərar olunmasındaaktiv iştiraklarının təmin olunması prioritetdir.
Cari ilin 08-10 iyun tarixlərində Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçin ölkəmizə rəsmi səfəri çərçivəsində Ağdamda erməni vandalizminin yaratdığı fəsadlarla tanış olarkən regionda insanların sülh içində yaşamısı, əmin-amanlığın, davamlı inkişafın təmin olunaması ilə bağlı səsləndirdiyi fikirlər, eyni zamanda Qarabağa səfər edən ilk ali qonaq olması xalqlarımız arasında qardaşlığın, ictimai-mədəni əlaqələrin inkişafının, yüksək səviyyəli strateji əməkdaşlığın bariz nümunəsidir.


Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
Azərbaycan-Bosniya və Hersoqovina
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Şərhlər
  • Mikayil

    Bu "millət vəkili" nin deyəsən qabağa qetmək planları var. Reklam yazıları yazdırır,(hec kimə lazım olmayan və hec kimin oxumadığı)

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər