Ru
15:31 / 21 May 2019

Azərbaycanın borcu açıqlandı

4579
Azərbaycanın dövlət borcunun ümumi məbləği bəlli olub.


 

Bakupost -un  məlumatına görə, ""2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib ki, 2019-cu ilin 1 yanvar tarixinə dövlət borcunun ümumi məbləği 16496,2 milyon manat olub. Bu, 2018-ci il üzrə ÜDM-ə nisbəti 20,7 faiz, adambaşına düşən borc isə manat ifadəsi ilə 1653, 9 manat təşkil edib.


Ümumi dövlət borcunun məbləğinin 15176 milyon manatı (92 faizi) xarici dövlət borcuna, 1320,2 milyon manatı isə (8 faizi) daxili dövlət borcuna aid olub.


 ""2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər