Ru
09:05 / 29 Noyabr 2019

Azərbaycanın ən zəif inkişaf etmiş 6 RAYONU - CƏDVƏL

4194
Azərbaycanda iqtisadi cəhətdən ən zəif inkişaf etmiş rayonları məlum olub.

Bunlar Naftalan, Lənkəran, Lerik, Masallı, Astara və Yardımlıdır.

BakuPost bildirir ki, Dövlət Statistika Komitəsinin FED.az-ın sorğusuna cavab olaraq verdiyi məlumata görə, yanvar-sentyabr aylarında bu rayonlarda adambaşına düşən məhsul istehsalı 1500 manat və ondan aşağı olub.

Ən aşağı göstərici Yardımlı rayonundadır – cəmi 948 manat.

Xatırladaq ki, yanvar-oktyabr aylarında ölkə üzrə bu göstərici orta hesabla 5 825,7 manat təşkil edib.

Naftalan rayonunda bu dövrdə 3,6% iqtisadi geriləmə baş verib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər