Ru
16:05 / 26 Aprel 2019

Azərbaycanın tanınmış aktrisası dünyasını dəyişdi

2894
 

Azərbaycanın tanınmış aktrisası Məleykə Ağazadə aprelin 24-də 90 yaşında dünyasını dəyişib.  


Bakupost.az News24.az-a istinadən xəbər verir ki, bu barədə aktrisanın oğlu Zeynal Ağazadə məlumat verib. O deyib ki, anası son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi. Mərhum aktrisa Bakıda dəfn edilib. Bu gün aktrisanın Təzə Pir məscidində üç mərasimi keçirilir. 


Qeyd edək ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlayıb. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb. 1972-ci ilə qədər filmlərə çəkilib. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyə qədər sevilir. Çəkildiyi filmlər- "Onu bağışlamaq olarmı?” (film, 1959), "Qəribə əhvalat” (film, 1960), Ulduz (film, 1964), "Yaşamaq gözəldir, qardaşım!” (film, 1966), "Var olun, qızlar...” (film, 1972). 


Allah rəhmət eləsin!

 

Azərbaycanın tanınmış aktrisası dünyasını dəyişdi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər