Ru
23:24 / 10 Sentyabr 2019

Azərbaycanın U-21 millisi məğlub oldu

4930
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.

BakuPost-un
məlumatına görə, Milan Obradoviçin baş məşqçisi olduğu komanda Gürcüstan kollektivi ilə üz-üzə gəlib. "Dalğa Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:0.

45+2-ci dəqiqədə Vato Arveladze hesabı açıb. Azərbaycan yığmasının heyətində Hacıağa Hacılı 49-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 73-cü dəqiqədə İrakli Bugridze ikinci qolu vurub. 84-cü dəqiqədə isə Giorgi Arabidze fərqi daha da artırıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Lixtenşteynə (0:1) uduzub, ikinci qarşılaşmasında isə Slovakiyanı məğlub edib - 2:1
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər