Ru
22:19 / 22 Noyabr 2020

Azərbaycanın Xalq artisti evində huşsuz vəziyyətdə tapılıb

3249
Azərbaycanın xalq artisti, milli kino və teatrda yaratdığı ölməz obrazlarla tanınan Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

Bu barədə jurnalist Əli Novruzəliyev sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, 2-3 gündür ki, aktrisadan xəbər olmayıb. Tənha yaşayan aktrisa nə çölə çıxıb, nə də telefonuna zəng çatıb. Bu gün qonşuları və yaxınları Fövqəladə Hallar Nazirliyinə, eləcə də polis əməkdaşlarına müraciət ediblər. Bundan sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova evində döşəməyə yıxılmış vəziyyətdə tapılıb.

Hazırda aktrisanın vəziyyətinin yaxşı olduğu bildirilir. O, uzun müddətdir tək yaşayır, ictimaiyyət arasına çıxmır və yaradıcılığa son verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər