Ru
10:41 / 21 May 2019

"Azərbaycanın xarici dövlət borcu azalıb"

1508
"Dövlət borcu ilə bağlı görülən tədbirlər öz nəticələrini verməkdədir".


Bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.


S. Şərifovun sözlərinə görə, Prezident tərəfindən dövlət borcunun ÜDM-ə nisbətinin azaldılması tapşırığı qoyulub: "Bu tapşırıq mərhələlərlə icra olunmaqdadır. Artıq 1 il ərzində həmin nisbəti 17% azaltmağa nail olmuşuq. Bu gün xarici valyuta ifadə olunan dövlət borcu əvvəlki 24%-dən 19%-dək endirilib. Yəni 5 faiz bəndinədək azalma baş verib". (ONA)


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər